Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Sabaha ümiddir Azərbaycan gəncləri” başlığı altında onlayn söhbət  keçirilib

03.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı kitabxana  filialı 2 fevral Gənclər Günü ilə əlaqədar  " Sabaha ümiddir Azərbaycan gəncləri" başlığı altında onlayn söhbət  keçirtdi. İlk öncə Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Böyük kitabxanaçı Risalə Həsənova gəncləri təbrik etdi. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin istiqamətlərindən biri kimi dəyərləndirən ümummili lider Heydər Əliyevin adı ilə bağlı olmasından danışdı. Qeyd etdi ki, bu gündə Ali Baş Komandanımız Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata babalarımızdan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadırlar. Məhz belə vətənpərvər gənclərimizin sayəsində işğal altında olan torpaqlarımızı 44 gün ərzində öz canları, qanları bahasına azad edərək bizə qələbə sevincini yaşatdılar.
Tədbirdə iştirak edən gənclər öz növbəsində dövlətin onlara göstərdiyi diqqət və qayğıdan danışdılar.

 

1.4 MB